Löv istefa qərarından danışdı

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv bu il keçiriləcək Avropa çempionatından sonra vəzifəsindən istefa vermək qərarını şərh edib.

Newsport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Sport1"ə açıqlamasında deyib:

"Martda keçiriləcək beynəlxalq oyunları, eləcə də Avropa çempionatının keçirilməsini səbirsizliklə gözləyirəm.

Milli komandanı tərk etməyim məşqçilik karyeramı bitirməyəcək. Çünki meydandakı oyunçularla çalışmaqdan, gündəlik işdən zövq alıram. Futbolçularla bir-bir məşq etməyi sevirəm.

Azarkeşlərimizi sevindirmək və Avroa çempionatında uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Bütün komandanın bunu istədiyini bilirəm".

Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya yığmasını çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right