Almaniya millisinin yeni baş məşqçisi kim olacaq?

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik böyük ehtimalla Almaniya millisinə rəhbərlik edəcək.

Newsport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis “Avro-2020”dən sonra millinin baş məşqçisi vəzifəsinə əsas namizəd sayılır.

Almaniya Futbol İttifaqı bu yay Avropa çempionatından sonra Yoahim Lövün millidən ayrılacağını açıqlayıb. Bundan sonra milliyə əsas namizəd kimi iki mütəxəssis – Flik və Yurgen Klopp hesab edilsə də, “Liverpul”un çalışdırıcısı komandasından getmək niyyətində olmadığını söyləyib. Ona görə də əgər Flik millinin baş məşqçisi olmaq istəsə, bu vəzifənin ona veriləcəyi ehtimalı yüksəkdir.

Qeyd edək ki, Flikin rəhbərliyi altında “Bavariya” son iki ildə Çempionlar Liqasının kuboku da daxil olmaqla altı titul qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right