“Barselona” PSJ-yə, “Leypsiq” “Liverpul”a qarşı Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. Newsport.az xəbər verir ki, “Liverpul” və “Leypsiq” arasındakı qarşılaşma pandemiya səbəbindən yenə Macarıstanda  baş tutacaq. İlk görüşdə 2:0 hesablı qələbə qazanan ingilislərin növbəti mərhələyə yüksəlmək şansı daha çox dəyərləndirilir.  

Gecənin daha bir qarşılaşması Fransada keçiriləcək. İlk oyunda “Barselona”nı 4:1 hesabı ilə darmadağın edən PSJ 1/4 finala daha yaxındır.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab görüşləri
10 mart

00:00. “Liverpul” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
Budapeşt, “Puşkaş Arena”. Baş hakim Kleman Tyurpen (Fransa)
İlk oyun - 2:0

00:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Paris, “Park-de-Prens”. Baş hakim Entoni Teylor (İngiltərə)
İlk oyun - 4:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right