Avroliqada həftənin rəmzi komandası

Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
 
Neswport.az xəbər verir ki, UEFA tərəfindən açıqlanan siyahıda “Tottenhem” (İngiltərə), “Reyncers” (Şotlandiya) və “Molde” (Norveç) klublarından hərəyə iki futbolçu yer alıb.
 
Çexiyanın “Slaviya”, Ukraynanın “Dinamo”, İngiltərənin “Arsenal”, Niderlandın “Ayaks” və İspaniyanın “Vilyarreal” klubları isə hərəyə bir futbolçu ilə təmsil olunub:
 
Qapıçı: Andreas Linde (“Molde”);
 
Müdafiəçilər: Aleksander Ba (“Slaviya”, Praqa), Aleksandr Sirota (“Dinamo”, Kiyev), Kiran Tirni (“Arsenal”);
 
Yarımmüdafiəçilər: Rayan Kent (“Reyncers”), Dele Alli (“Tottenhem”), Devi Klassen (“Ayaks”), Eyrik Andersen (“Molde”);
 
Hücumçular: Jerar Moreno (“Vilyarreal”), Alfredo Morelos (“Reyncers”), Karlos Vinisius (“Tottenhem”).
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right