Levandovskinin qol vura bilmədiyi qapıçılar

Polşa millisinin və Almaniyanın "Bavariya"nın futbolçusu Robert Levandovskinin qol vura bilmədiyi qapıçıların adları açıqlanıb.

Polşanın "Onet" nəşri xəbər verir ki, karyerasında 500-dən çox qolun müəllifi olan 33 yaşlı hücumçu rəsmi matçlarda 92 qolkiperi məyus edə bilməyib.

Onların arasında Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq üzvü, hazırda "Səbail" klubunun məşqçisi olan Fərhad Vəliyev də var. Levandovski 2010/2011 mövsümündə “Borussiya”da (Dortmund) oynayərkən Avropa Liqasının pley-off mərhələsinin hər iki görüşündə Ağdam klubuna qarşı meydanda olub (Dortmunda 4:0, Bakıda 1:0).

Xatırladaq ki, Levandovski FIFA-nın versiyasına əsasən 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right