Sabiq "Zirə"li fərqləndi, həmyerlimizin komandası məğlub oldu

Moldova çempionatında 14-cü turun oyunları keçirilib.

 

Newsport.az-ın məlumatına görə, millimizin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami”  səfərdə “Şerif”lə qarşılaşıb. Quluzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

 

Millimizin sabiq üzvü bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Qarşılaşmadakı yeganə qolu isə sabiq "Zirə"li Riçard Qadze vurub.

 

14 turdan sonra 27 xalı olan “Milsami” 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right