"İki "10 nömrə" ilə oynaya bilmərik" - Kuman Qrizmann haqda

"Barselona"nın baş məşqçisi Ronald Kuman Antuan Qrizmannın komandadakı rolu barədə danışıb. Fransa millisinin çalışdırıcısı Didiye Deşamın Qrizmannın sağ cinahda deyil, "10 nömrə" mövqeyində daha effektli olacağını düşündüyünü söyləməsinə münasibət bildirən hollandiyalı eyni mövqedə iki futbolçu oynada bilməyəcəyini söləyib:

"Hamının istədiyini söyləmək haqqı var. Antuanla danışmışam və ona komanda üçün ən yaxşısını istədiyimi söyləmişəm. Qrizmannın sağ cinahda və digər mövqelərdə oynamağı bacardığını bilirəm. Hollandiya millisini çalışdırarkən Fransaya qarşı keçirdiyimiz matçda o, sağ cinahda çıxış etmişdi. Burda qərarları baş məşqçi verir. Antuanla problemim yoxdu. Sadəcə komanda üçün ən yaxşısını istəyirəm və iki "10 nömrə" ilə oynaya bilmərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right