PSJ-də ciddi itki

PSJ-nin zədəli qapıçısı Keylor Navasın durumuna aydınlıq gəlib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiper Çempionlar Liqasının yarımfinal mərhələsində “Leypsiq”lə oyunu buraxacağı dəqiqləşib.

“Atalanta” ilə 1/4 final matçında ayağından zədələnərək məcburi əvəzlənən kosta-rikalı qapıçının avqustun 20-dək sıraya dönə bilməyəcəyi məlum olub. Buna görə də baş məşqçi Tomas Tuhel yarımfinalda ikinci qapıçı Serxio Rikoya şans verməli olacaq.

Qeyd edək ki, sabah Lissabonda keçiriləcək “Leypsiq” – PSJ matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right