"Əl-Salmiyə"dən ayrılan Kamal Mirzəyev Azərbaycana qayıtdı

Küveytin "Əl-Salmiyə" klubundan ayrılan Kamal Mirzəyev ötən gün Azərbaycana qayıdıb.

 

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu "Instagram" hesabında Bakıya gəldiyi fotonu paylaşıb. Koronavirus pandemiyasına görə uzun müddət Küveytdə qalan futbolçunun dönməsinə AFFA da köməklik edib.

 

Kamalın yaxın günlərdə Azərbaycanda yeni klubu bəlli olacaq. Milli üzvü ötən yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right