Almaniyalı dünya çempionu "Sevilya"ya keçir

Almaniyanın "Borussiya" (Dortmund) klubundan ayrılan Mario Götze karyerasını İspaniyada davam etdirəcək. 

Newsport.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yaşlı yarımmüdafiəçi "Sevilya" ilə müqavilə üçün danışıqlara başlayıb.

Almaniyalı oyunçu azad agent olduğu üçün danışıqların müsbət yöndə başa çatacağı gözlənilir. 

Qeyd edək ki, Mario Götze 2009 - 2013-cu illərdə və 2016-cı ildən bu vaxta qədər "Borussiya"nın formasını geyinib. O, 2014-cü ildə Almaniya millisi ilə dünya çümpionatının qalibi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right