PSJ kapitanı ilə müqavilə yeniləmir

PSJ komandanın kapitanı Tiaqo Silvaya müqavilə yeniləməyi təklif etməyib. Newsport.az xəbər verir ki, braziliyalı üçün Paris klubunun bu qərarı gözlənilməz olub.

Bildirilir ki, 35 yaşlı futbolçu Fransada yaşmaqdan məmnundur. O, ailəsi ilə birlikdə Parisdə qalmağa davam etmək istəyir. Lakin rəhbərlik hələ də Silvaya yeni müqavilə təklif etməyib.

Bununla yanaşı, “Tottenhem”in müdafiəçinin xidmətində maraqlı olduğu bildirilir. Ancaq Silva komandadan ayrılmağı düşünmür.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2012-ci ildə “Milan”dan PSJ-yə keçib. O, bu günə qədər klubda 310 oyun keçirib və 17 qol vurub. Onun Paris təmsilçisi ilə müqaviləsi bu ay sonu bitəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right