"Şalke" "Barselona"nın futbolçusunu geri göndərir

"Şalke" "Barselona"dan icarəyə götürdüyü Jan-Kler Todibonun transfer hüququnu almaqdan imtina edib.

Newsport.az xəbər verir ki, klubun idman direktoru Yohan Şnayder Almaniya mətbuatına açıqlamasında fransalı müdafiəçini almayacaqlarını deyib. Todibo mövsümün sonunda Kataloniya klubuna qayıdacaq.

Qeyd edək ki, "Şalke" 20 yaşlı futbolçunu yanvarda 1,5 milyon avro qarşılığında icarəyə götürmüşdü. Sözləşmənin şərtlərinə görə, Qelzenkirhen klubu 25 milyon avro ödəyərək Tobinonun transfer hüququna yiyələnə bilərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right