"Mən Messi, Ronaldo və Neymardan daha yaxşı futbolçuyam"

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan Edilson açıqlaması ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, 48 yaşlı sabiq oyunçu Braziliya telekanalların birində Lionel Messi, Kriştiano Ronaldo və Neymardan daha yaxşı olduğunu deyib:

"Ən yaxşı vaxtlarımda Neymardan daha yaxşı oynadım. Məndən yaxşı olmaq üçün Neymar və Messi dünya çempionu olmalıdırlar.Kriştian Ronaldoda sadəcə güc var. Mənim bacarıqlarım ondan daha yüksəkdir".

Edilson futbolçu karyerasını 2016-cı ildə başa vurub. O, karyerası ərzində 15 klubda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right