"Atletiko" "Real"ın oyunçusu ilə danışıqlara başladı

"Real"ın yarımmüdafiəçisi Xames Rodriges yayda klubu tərk edə bilər. Newsport.az “AS”a istinadən xəbər verir ki, "Atletiko" 28 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, tərəflər arasında danışıqlar başlayıb. Kolumbiyalı oyunçunun Madrid klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir. “Atletiko” Xames üçün 25 milyon avro ödəməyə hazır olduğunu bildirib. Baş məşqçi Zinəddin Zidanın yarımmüdafiəçinin göndərilməsinə razılıq verdiyi qeyd edilir.

Qeyd edək ki, Xames 2019/20 mövsümündə “Real”da 13 oyun keçirib və cəmi bir qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right