Qomis "Əl Hilal"da qalmağa qərar verdi

Fransa millisinin sabiq üzvü Bafetimbi Qomis Səudiyyə Ərəsəbistanının "Əl Hilal" klubunda qalmağa qərar verib. 

Newsport.az-ın məlumatına görə, mövsümün sonunda müqaviləsi başa çatacaq 34 yaşlı hücumçu ilə yeni sözləşmə bağlanılacaq. Təcrübəli oyunçu 2 illik müqavilə təklifini qəbul edib.

"Sent-Etyen", "Lion", "Marsel", "Suonsi Siti" və "Qalatasaray" kimi klublarda oynamış Qomis, 2018-ci ildən "Əl Hilal"da çıxış edir. O, 55 oyunda 39 qol vurub, 10 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right