Mourinyodan Dele Alleyə orijinal təbrik

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo futbolçusu Dele Alleni qeyri-adi formada təbrik edib.

Newsport.az “The Sun”a istinadən yazır ki, portuqaliyalı mütəxəssis gəzinti zamanı oyunçus ilə uzaqdan qarşılaşıb. O, Alleyə təbrikini karantin rejimində tətbiq olunan sosial məsafə tələbinə əməl etməklə küçənin o birisi tərəfindən çatdırıb.

Jurnalistlər müşahidə edib ki, Joze gəzintiyə maska ilə çıxıb və onu sonadək çıxarmayıb.

Qeyd edək ki, aprelin 11-də Dele Allenin 24 yaşı tamam olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right