"Qalatasaray"dan "Lion"a keçə bilər

Türkiyənin "Qalatasaray" klubunda əsas heyətdən uzaqlaşdırılan Stiven Nzonzini karyerasını Fransada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi "Lion" İstanbul klubunun fransalı futbolçu ilə yolları ayıracağı halda, "Roma" ilə danışıqlara başlayacaq.

"Qalatasaray" 31 yaşlı yarımmüdafiəçini yayda "Roma"dan bir illik icarəyə götürüb. Qışda Fransa millisinin üzvü ilə yolların ayrılacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right