Final matçının yeri dəyişdirildi

Libertadores Kubokunun final görüşünün yeri dəyişdirilib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, həlledici qarşılaşma Çilidə oynanılmayacaq.

Buna səbəb adıçəkilən ölkədə iğtişaşların olmasıdı. Cənubi Amerika Futbol Konfederasiyasının qərarına görə, final matçı Perunun paytaxtı Lima şəhərində keçiriləcək. Ancaq görüşün tarixində dəyişiklik olmayıb. Həlledici oyun noyabrın 23-də olacaq.

Qeyd edək ki, Libertadores Kubokunun finalında "River Pleyt"lə "Flamenqo" qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right