Poçettino: “47 yaşım var, amma başımda ağ tük yoxdur”

Mövsümü uğursuz keçirən İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino istefa verəcəyi barədə gəzən xəbərlərə münasibət bildirib.

Newsport.az saytının məlumatına görə, argentinalı mütəxəssis yayılan xəbərlərə fikir vermədiyini deyib:

“Ardıcıl məğlubiyyətlə olanda söz-söhbət çıxır. Hazırda diqqətimi komandaya ayırmışam. Digər məsələləri ciddiyə almıram. 47 yaşım var, amma başımda ağ tük yoxdur. Çünki insan övladlarının nə danışdıqları ilə maraqlanmıram. İstefa xəbərləri məni təəccübləndirmədi. Futbolda önəmli olan bu gün və sabahdır. Keçmişlə yaşamaq olmaz. Çünki dünən olanlar unudulur. Çempionlar Liqasının finalından sonra bizdən gözləntilər artıb”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right