"Beşiktaş" "Qalatasaray"la oyuna ciddi itkilərlə çıxacaq

Türkiyə Superliqasının növbəti turunda "Qalatasaray"la qarşılaşacaq “Beşiktaş”  ciddi itkilərlə üzləşib.

Newsport.az-ın məlumatına görə, İstanbul klubunun müdafiəçisi Duqlas uzun müddətə sıradan çıxıb. Braziliyalı futbolçunun ən azı bir ay meydana çıxa bilməyəcəyi məlum olub.

Xatırladaq ki, “Beşiktaş”da Dorukhan Toköz və Viktor Ruiz də uzun müddətə sıradan çıxıb.

“Beşiktaş” – “Qalatasaray” matçı oktyabrın 27-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right