Kamal Mirzəyev Küveyt klubunda debüt etdi

"Qəbələ"dən Küveytin "Əl-Salmiyə" klubuna transfer olan Kamal Mirzəyev debüt matçını keçirib.

Newsport.az-ın məlumatına görə, "Əl-Salmiyə" Ərəb Çempionlar Kubokunun ilk mərhələsində İraqın "Al-Kuva" klubuna səfərdə 1:3 hesabı ilə uduzub.

Cütün cavab görüşü sentyabrın sonlarında reallaşacaq.

Kamal Mirzəyev bu qarşılaşmada start heyətdə yer alıb və sonadək mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right