"Borussiya"nın futbolçusu "Real Sosyedad"la müqavilə imzaladı

İspaniyanın "Real Sosyedad" klubu hücumçu transferi reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi Almaniya "Borussiya"sının hücumçusu Aleksander İsakı transfer edib. İsveç millisinin üzvüylə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Bu keçid üçün Dortmund klubuna 6,5 milyon avroluq təzminat ödənilib.

19 yaşlı hücumçu ötən mövsümü Hollandiyanın "Villem II" klubundan keçirib və 18 oyuna 14 qol vurub.

"Borussiya" İsakı 2017-ci ildə İsveçin AIK klubundan 9 milyon avroya almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right