Valverde və 12 futbolçu "Barselona"dan gedir

"Barselona" heyətlə bağlı ciddi dəyişikliklərə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi başda baş məşqçi Ernesto Valverde olmaqla, 12 futbolçu ilə yollarını ayıracaq. Qapıçı Yasper Silessen, müdafiəçilər Samuel Umtiti, Ceyson Murilyo, Jan-Kler Todibo, Tomas Vermalen, yarımmüdafiəçilər Filipe Koutinyo, Denis Suarez, Rafinya, Andre Qomeş, İvan Rakitiç, hücumçular Kevin-Prins Boatenq və Malkomun ispan klubunu tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, geridə qalan mövsümdə La Liqanı qazanan "Barselona", Çempionlar Liqasında yarımfinalda, İspaniya Kral Kubokunda isə finalda uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right