"Başakşəhər" Avstraliya millisinin üzvünü transfer etdi

Türkiyənin "Başakşəhər" klubu ilk transferini reallaşıdırıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi PSV-nin müdafiəçisi Aziz Behiçi transfer edib.

Klubun idarə heyətinin sədri Mustafa Eröğüt 28 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün Hollandiya klubuna 1 milyon avro təzminat ödədiklərini deyib.

"Başakşəhər"ə transfer olduğum üçün xoşbəxt oldum. Əməyi keçən hər kəsə təşəkkür edirəm. İnşallah, çempionluqlara doğru gedəcəyik. Təklifdən sonra düşünmədim, dərhal qəbul etdim", - deyə Behiç transferi ilə bağlı fikirlərini bölüşüb.

Behiç 2013-18-ci illərdə Türkiyənin "Bursaspor" klubunda çıxış edib. PSV ötən yay avstraliyalı futbolçunu 4 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right