"Ayaks"da mövsümün ən yaxşı futbolçusu açıqlandı

Hollandiyanın "Ayaks" klubunda 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədən sonra mərakeşli Hakim Zieş qalib olub. 26 yaşlı futbolçu ardıcıl ikinci mövsüm Amsterdam klubunda mövsümün futbolçusu seçilib.

Hakim Zieş 2016-cı ildən "Ayaks"da çıxış edir. 26 yaşlı futbolçu bu mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.

"Ayaks" cari mövsüm Hollandiya çempionu olub və ölkə kubokunu qazanıb. Erik ten Haqın komandası Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizəni dayandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right