Emil Balayev debütündən danışdı: "Belə atmosferdə oynamaq möhtəşəm idi"

Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib. Millimizin qolkiperi Emil Balayevin çıxış etdiyi "Tobol" klubu evdə "İrtış"a 3:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, sözügedən oyunda rəsmi debüt edən Balayev klubun saytına açıqlama verib. 24 yaşlı əlcək sahibi debütündən danışıb:

"Mövsümün açılışı idi. Çempionata çox ciddi hazırlaşmışdıq. 3:0 hesablı qələbə qazansaq da, oyunun olduqca ağır keçdiyini düşünürəm. Uşaqlar baş məşqçinin tapşırığını qüsursuz yerinə yetirməyə çalışdı. Bundan əlavə, komandanın azarkeşlərin möhtəşəm dəstəyini hiss etdiyini söyləmək istəyirəm. Belə atmosferdə oynamaq möhtəşəm idi. Azarkeşlərin bizi daha çox dəstəkləyəciyini ümid edirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right