"Liverpul" hücumçusunu icarəyə verir

"Liverpul" əsas heyətdə özünə yer tapa bilməyən Dominik Solankeni icarəyə verməyi düşünür.

Newsport.az-ın məlumatına görə, 21 yaşlı forvardı Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas" heyətində görmək istəyir. Hücumçunun adı "Şalke" ilə də hallansa da, Bundesliqa klubu yayılan xəbərləri təkzib edib.

İngiltərə millisinin üzvünün "Kristal Pelas"a icarəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Solanke 2017-ci ildə "Çelsi"dən "Liverpul"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right