Asiyanın ən yaxşıları bəlli oldu

2018-ci ildə Asiyada çıxış edən ən yaxşı futbolçular müəyyənləşib. 

Newsport.az xəbər verir ki, “İnstat” şirkəti ilin yekunları ilə bağlı açıqladığı siyahıda 5 ən yaxşı futbolçuya yer verib ki, onların içində Çinin "Quançjou Everqrand" klubunda çıxış edən Anderson Taliska 316 xalla birincidi.

Çinin "Şanxay SİPQ" klubunda çıxış edən digər braziliyalı oyunçu Oskar 305 xalla ikinci yerə layiq görülüb. 

Üçüncü yeri isə 304 xalla Yaponiyanın "Vissel Kobe" komandasının üzvü Andres İnyesta tutub. 

Dördüncü yerdə 303 xalla braziliyalı Halk ("Şanxay SİPQ", Çin), beşinci pillədə isə 300 xalla ispaniyalı Xonatan Viera qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right