"Vilyarreal"da yeni baş məşqçi

İspaniya La Liqasında mübarizə aparan "Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "sarı sualtı qayığ"ın "sükanı arxası"na Luis Qarsiya Plasa keçib. 46 yaşlı mütəxəssis istefaya göndərilmiş Xavyer Kalyehunun əvəzinə bu posta təyin edilib. Onunla mövsümün sonuna kimi müqavilə bağlanılıb.

Qeyd edək ki, "Vilyarreal" La Liqada hazırda 14 xalla 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right