Hazard: "Sarri hər oyun het-trik etməyimi gözləyir"

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard komandanın baş məşqçisi Eden Hazard barədə danışıb.

Newsport.az xəbər verir ki, belçikalı futbolçu Sarri barədə xoş sözlər səsləndirib: "Onun fantastik baş məşqçi olduğunu bilirdik. Ən yaxşılardan biri olduğunu göstərdi. Hazırda çox yaxşı oynayırıq. Onun burda olması möhtəşəmdir. Hər oyun çoxlu qollar vururuq. Sarri mənim güvənimi qaytardı. Məni dünyanın ən yaxşı futbolçulardan biri etmək istədiyini söylədi. Məndən hər oyun het-trik etməyi gözləyir. Bəli, bu, çətin olacaq. Əlimdən gələni edirəm".

Qeyd edək ki, "Çelsi" ilə 2020-ci ilə kimi müqaviləsi olan 27 yaşlı futbolçu bu mövsüm 10 oyuna 8 qol vurub, 3 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right