"Qarabağ"ın qapıçısı Hazardla Lukakuya mane ola bilmədi

UEFA Millətlər Liqasında ikinci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi evdə Belçikanı qəbul edib. Matç qonaqların 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub. 34 yaşlı qapıçı Hazardın (penalti) və Lukakunun dubluna mane ola bilməyib.

Qeyd edək ki, Halldorsson ilk turda İsveçrə ilə matçda qapısında 6 qol görmüşdü.

İslandiya - Belçika - 0:3

Qollar: Eden Hazard, 29 (pen.), Romelu Lukaku, 31, 81

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right