PSJ braziliyalı yarımmüdafiəçini transfer edir

“Flamenqo”nun yarımmüdafiəçisi Lukas Pekata karyerasını PSJ-də davam etdirəcək. 

Newsport.az-ın məlumatına görə, Paris klubu qarşıdakı günlərdə 21 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalayacaq. 

Paketanın sözləşməsi 2019-cu ilin yanvarından qüvvəyə minəcək. Gənc futbolçu Braziliya çempionatı başa çatdıqdan sonra yeni klubuna qoşulacaq. 

Qeyd edək ki, cari mövsüm “Flamenqo”nun heyətində 20 oyuna çıxan Paketa 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right