Nazarovun komandası liderə uduzdu

Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə lider “Köln”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Millimizin üzvü start heyətdə başladığı oyunun 78-ci dəqiqəsində əvəzlənib.

“Aue” 3 turdan sonra 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right