"Qalatasaray"ın bombardiri Səudiyyə Ərəbistanı klubunda

"Qalatasaray" hücumçusu Bafetimbi Qomislə yolları ayırmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, fransalı forvard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 33 yaşlı forvard elita təmsilçisi "Əl-Hilal"la anlaşıb. Bu keçid üçün ərəblərin 6 milyon avro ödəyəciyini Türkiyə mətbuatı yazıb. Səufiyyə Ərəbistanı mətbuatı isə keçidin 11 milyon avro qarşılığında reallaşdığını yazıb. Rəsmi açıqlamanın isə yaxın günlərdə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Qomis İstanbul klubuna ötən il "Suonsi Siti"dən transfer edilmişdi. Fransa millisinin sabiq üzvü Super Liqada 33 oyuna 29 qol vuraraq, bombardir olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right