Bonuççi "Yuventus"a, İquain "Milan"a

"Milan"ın müdafiəçisi Leonardo Bonuççi "Yuventus"la anlaşıb.

 

Newsport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Lakin bu keçid üçün "Yuventus" qarşı tərəfə 24 yaşlı müdafiəçisi Mattia Kaldaranı verəcək. "Milan" "Yuventus"dan daha bir oyunçu ilə razılıq əldə edib. "Qoca sinyora"nın hücumçusu Qonsalo İquainin icarəyə götürülməsi ilə bağlı tərəflər razılığa gəliblər. 30 yaşlı argentinalı hücumçu maaş məsələsini "ağ-qaralar"la razılaşdırsa, keçid rəsmiləşəcək.

 

Qeyd edək ki, Bonuççi ötən mövsüm "Yuventus"dan "Milan"a transfer olmuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right