"Qarabağ"a gələn futbolçunun əvəzinə məşhur hücumçu

Türkiyənin "Bursaspor" klubu 28 yaşlı konqolu hücumçusu Con Delarjı Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"a satıb.

Newsport.az-ın məlumatına görə, "yaşıl timsahlar" Delarjı əvəzləyəcək hücumçunu tapıb. Super Liqa klubu Çinin "Şandonq Lunenq" klubunda çıxış edən Papiss Demba Sisse ilə anlaşmaq üzrədir. Seneqal millisinin sabiq üzvü ilə danışıqların son mərhələsi də uöurla başa çatsa, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, 33 yaşlı forvard "Mets", "Frayburq" və "Nyukasl" kimi klublarda çıxış edib. Sisse karyerasının ən gözəl günlərini məhz "Nyukasl"da keçirib. O, "sağsağanlar"ın heyətində 117 oyuna 37 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right