"Yuventus"un hücumçusu "Çelsi" yolunda

“Yuventus”un forvardı Qonsalo İquainin “Çelsi”yə transferi yekunlaşmaq üzrədi.

Newsport.az-ın məlumatına görə, “zadəganlar” 60 milyon avro qarşılığında argentinalı futbolçunun transferini razılaşdırıblar.

“Yuventus” həmin məbləği “Real”ın hücumçusu Kriştianu Ronaldonun transferinə yönəltmək niyyətindədi.

Yaxın günlərdə “Çelsi”yə baş məşqçi təyin olunacağı gözlənilən Maurtisio Sarrinin “Napoli”dən oyununa bələd olduğu Qonsalo İquainin transferində xüsusi maraqlı olduğu bildirilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right