“Mundialı Belçika udacaq” – Droqba

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba DÇ-2018 üçün favoritini açıqlayıb.

Newsport.az-ın “Sport FM” radiosuna istinadən yaydığı xəbərə görə, onun fikrincə, mundialın qalibi Belçika millisi olacaq.

“Favoritlərdən söhbət düşəndə bu komanda barədə heç kim danışmır. Amma onların heyətində Lukaku, de Bruyne, Kompani, Azar kimi futbolçular var. Belçika millisində çoxlu dostum oynayır. Ona görə də həmin komandaya azarkeşlik edirəm” – deyə Droqba qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right