"Parma" A Seriyasına geri döndü!

İtaliya A Seriyasına "Empoli"nin ardından yüksələn ikinci komanda müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, B Seriyasının sonuncu - 42-ci turunda "Parma" səfərdə "Spetsiya"nı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 72 edib və elitaya yüksəlib.

"Parma" 2015-ci ildə iflas olduğu üçün D Seriyasına göndərilmişdi. Ardıcıl 3 il liqalardan yüksələn komanda növbəti mövsüm A Seriyasında çıxış edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right