Araz Abdullayevin komandası mövsümü üçüncü yerdə başa vurdu

Kipr çempionatında sonuncu - 36-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” səfərdə APOEL-in qonağı olub. 

Araz 62-ci dəqiqədə Karlitosun əvəzinə meydana daxil olub. Görüş həmyerlimizin komandasının 1:2 hesablı yenilgisi ilə başa çatıb.

Bu nəticədən sonra APOEL çempionluğun qazanıb. “Anortosis” isə üçüncü pilləni və Avropa Liqasına vəsiqəni təmin edib.

Bununla da Araz Abdullayev icarə əsasında çıxış etdiyi “Anortosis”in heyətində Kipr çempionatının bürünc medalına sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right