Vyana “Qarabağ”ı darmadağın oldu

Avstriyanın Şərq Regional Liqasında 32-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı səfərdə Vyana “Austria”sının həvəskarlardan ibarət komandası ilə qarşılaşıb və bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 0:5.

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar.

“Qarabağ” hazırda 50 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right