“Bu, finaldır, mənim Ronaldo ilə qarşıdurmam yox” Mohamed Salah

“Liverpul”un aparıcı üzvü Mohamed Salah Çempionlar Liqasının finalı haqda danışıb.

Newsport.az-ın məlumatına görə, misirli futbolçu finalı Salah-Ronaldo qarşıdurması adlandıranlarla razılaşmayıb:

“Əla komandada çıxış edirəm. Heyətimizdə çox yaxşı futbolçular var. Biz kollektiv şəkildə finala yüksəlmişik. Ona görə də bu, finaldır, Salahla Ronaldonun qarşıdurması yox. 

Anlayın, mən təklikdə qələbə qazana bilmərəm. Futbol komanda oyunudur. Əgər biz qol vururuqsa, deməli, bunda bütün kollektivin rolu var. Yox, rəqib fərqlənirsə, hamımız günahkarıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right