"Atletiko" və "Qarabağ" müxtəlif illərdə məni transfer etmək istəyib" Volkan Dəmirəl

"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl verdiyi açıqlamada təklif aldığı klubların adlaını açıqlayıb.

Newsport.az xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Azərbaycan çempionu "Qarabağ" da maraqlı olub. Təcrübəli çərçivə qoruyucusu təkliflər alsa da, "Fənərbaxça"dan ayrılmaq niyyətində deyil. O, 40 yaşına qədər "sarı-bülbüllər"in uğurları üçün çalışmaq istəyir:

 

"Hələlik "Fənərbaxça"ya lazımam və burada qalmağa çalışacağam. 40 yaşımda futbolla vidalaşmağı planlaşdırıram. İndiyə qədər bir neçə klubdan təklif alsam da, "yox" cavabı vermişəm. "Mançester Siti", "Monako", "Milan", "Suonsi Siti", "Aston Villa", "Hamburq", "Atletiko" və "Qarabağ" müxtəlif illərdə məni transfer etmək istəyib".

 

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2002-ci ildən "Fənərbaxça"da çıxış edir. "Kartalspor"un yetirməsi İstanbul nəhənginin heyətində 500-dən çox oyun keçirib. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right