Ufuk Budak əvəzləndi, komandası Qaziantepdə uduzdu

Türkiyə TFF 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qaziantepspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə başladığı matçın 66-cı dəqiqəsində əvəzlənib. Qarşılaşmadakı hər üç qol da məhz millimizin üzvü meydanı tərk etdikdən sonra vurulub. “Samsunspor” hazırda 32 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right