Türkiyədə hazırlıqlarını davam etdirən "Səbail" bu gün sonuncu yoxlama görüşünə çıxıb.
Newsport.az xəbər verir ki, Samir Əliyevin kollektivi Slovakiyanın “Senitsa” klubuyla qarşılaşıb və görüş 2:2 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, "Səbail" Antalyada daha öncə 3 yoxlama oyunu keçirib. Odessa "Çernomorets"iylə qolsuz, Serbiya "Napredak"ıyla 1:1 hesablı bərabərliyə qalan Topaz Premyer Liqasının debütantı Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubuna 1:3 hesabıyla uduzub.