Joze Mouriniyo həmyerlisini "Mançhester"ə gətirir

“Maçhester Yunayted” qış tıransfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirməyi düşünür.

Newsport.az xəbər verir ki, İngiltərənin “The Sun” nəşrinin verdiyi məlumata görə, “Mançhester”in portuqaliyalı baş məşqçisi joze Mouriniyonun hədəfində həmyerlisi Jou Mario var. Hal-hazırda “İnter”də forma geyinən gənc yarımmüdafiəçi üçün “qırmızı şeytanlar”ın idarə heyəti artıq danışıqlara başlayıb. Yazıda yer alan digər məlumata görə isə, “Mançhseter Yunayted” klubu oyunçunun əvəzinə, komandanın yarımmüdafiəçisi Xuan Matanı verməyi düşünür.

Qeyd edək ki, 24 yaşlı gənc futbolçu 2016-cı ildən “İnter”də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right