İngiltərədə növbəti baş məşqçi istefası

İngiltərə Premyer Liqasında çıxış edən "Vest Bromiç" klubu baş məşqçisi ilə yollarını ayırıb.

 

Newsport.az xəbər verir ki, Tonu Pulislə müqaviləyə xitam verən klub rəhbərliyi, buna səbəb komandanın son zamanlar uğursuz çıxış etməsini görüb. Xatırladaq  ki, Premyer Liqanın 12-ci turunda öz meydanında "Çelsi"yə 0:4 hesabı ilə məğlub olan "Vest Bromviç" 10 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, 59 yaşlı uelsli mütəxəssis 2015-ci ildən komandanın sükanı arxasındadır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right