"Everton" yeni məşqçi ilə razılığa gəlib

İngiltərə Premyer Liqasının 11-ci turuna qədər liqada qənayətbəxş oyun sərgiləməyən "Everton" klubunun idarə heyyəti komanda da əsaslı dəyişikliklər aparmaq qərarına gəlib. Bildiyimiz kimi 2 hətə əvvəl klubun sükanı arxasında olan Ronald Kumanı istefaya göndərən kulubun prezidenti Fərhad Moşiri yeni məşqçi ilə razılıqa gəlib.

Newsport.az xəbər verir ki, kulub İngiltərə millisinin keçmiş baş məşqçisi Sem Ellerdays ilə yoluna davam edəcək. 63 yaşlı mütəxəssis idarə heyyəti ilə görüşərək sənədləşmə işlərini yekunlaşdırıb. Yaxın günlərdə komanda məşqlərə yeni baş məşqçi ilə çıxacaq.

Qeyd edək ki, 11-ci turdan sonra "Everton" 11 xalla 15-ci yerdə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right