Kapitanla yeni müqavilə

"Atletiko" kapitanı Qabi ilə yeni müqavilə imzalamağa hazırlaşır. Newsport.az xəbər verir ki, təcrübəli ispan yarımmüdafiəçi ilə müqavilənin müddətinin 2019-cu ilin iyununa kimi uzadılması haqda razılıq əldə olunub.

34 yaşlı oyunçunu komandada saxlamağın əsas təşəbbüskarının baş məşqçi Dieqo Simeone olduğu bildirilir.

Qabinin artıq bu həftə Madrid klubu ilə yeni müqaviləyə imza atacağı gözlənilir. Bu isə o deməkdir ki, "Atletiko" "Qarabağ"la Madriddəki matç öncəsi kapitanıyla anlaşmasını artıracaq. Həmin oyun oktyabrın 31-də keçiriləcək.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right