“Atletiko” kataloniyalı azarkeşləri stadiona buraxmayacaq

İspaniya La Liqasında 14 oktyabrda keçiriləcək “Atletiko” – “Barselona” matçı öncəsi Madrid təmsilçisi gözlənilməz qərar alıb.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi “Barselona” azarkeşləri üçün nəzərdə tutulan biletlərin satışa çıxarılmayacağını açıqlayıb.

Səbəb olaraq klubun yeni stadionu “Vanda Metropolitano” istiqamətində nəqliyyat problem göstərilib.

Qeyd edək ki, 1 oktyabrda Kataloniyada referendum keçirildikdən sonra ölkədə bir çox sahədə olduğu kimi, idmanda da böhran yaşanmağa başlayıb. Belə ki, Kataloniya təmsilçisi “Barselona”nın La Liqadan çıxma ehtimalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right